Ötən ildə cinayət törədənlərin 27,5 faizi 14-29 yaşda olanlardır

Ötən ildə cinayət törədənlərin 27,5 faizi 14-29 yaşda olanlardır
# 19 sentyabr 2024 16:35 (UTC +04:00)

2023-cü ildə cinayət törətmiş 14-29 yaşda olan gənclərin sayı 6 869 nəfər olub.

APA xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin bu gün dərc etdiyi “Azərbaycan gəncləri" məcmuəsində öz əksini tapıb.

Bildirilib ki, onlardan 107 nəfəri 14-15, 387 nəfəri 16-17, 2 506 nəfəri 18-24, 3 869 nəfəri isə 15-29 yaşında olub.

Həmçinin göstərilib ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, 2023-cü ildə 25 006 nəfər cinayət törədən şəxs aşkar olunub, onların da 6 869 nəfəri və ya 27,5 faizi 14-29 yaşda olan gənclərdir.

Cinayət törədən 14-29 yaşda olan gənclərin 46,6 faizi ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 27,7 faizi iqtisadi sahədə, 22,3 faizi şəxsiyyət əleyhinə, 3,4 faizi isə cinayəti digər sahələrdə törədiblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR