Milli Məclisdə Qarabağ iqtisadi rayonu ərazisinin ekoloji vəziyyətə dair müzakirələr keçiriləcək.
APA xəbər verir ki, bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin 2023-cü il yaz sessiyası üçün İş Planına daxil edilib.
Sessiya müddətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə bu müzakirələr təşkil olunacaq.