Bank Of Baku

Parlamentdə rezidenturada təhsil alanların problemləri qaldırılıb

Rəşad Mahmudov, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini

© APA | Rəşad Mahmudov, Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini

# 16 dekabr 2022 11:32 (UTC +04:00)

“Nazirlər Kabineti tərəfindən 2013-cü ildə ortaya qoyulmuş rezidentura ilə bağlı sənədə yenidən baxılmalıdır”.

APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

Deputat bildirib ki, səhiyyə islahatları bu gün davam edir: “Tibb fakültəsinə yüksək balla qəbul olanlar rezidentura üçün xarici ölkələrə daha çox yönəlirlər və bu da insan kapitalının xaricə axını deməkdir. Bəzi insanlar bunu çox gözəl hadisə kimi qiymətləndirirlər. Amma bu, belə deyil. Rezidenturaya qəbul olmayanlar daha yüksək – 800, 1000, 1500 manata, rezidenturaya daxil olan zaman yüksək bal toplayanlar isə 5 il ərzində 300 manata işləməyə məcbur olurlar. Bu yanaşma dəyişməlidir. Hadisələrə iqtisadi baxış gündəmə gəlməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR