Bank Of Baku

Parlamentdə təhsillə bağlı dinləmə keçirilməsi təklif olunub

Parlamentdə təhsillə bağlı dinləmə keçirilməsi təklif olunub
# 22 yanvar 2024 10:33 (UTC +04:00)

Parlamentdə təhsillə bağlı dinləmə keçirilməsi təklif olunur.

APA xəbər verir ki, bu təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov komitənin yanvarın 22-də keçirilən iclasında çıxış edib.

Deputat təhsildə baş verən dəyişikliklərin və yeni tendensiyaların müzakirəsi üçün dinləmənin keçirilməsinə ehtiyac olduğunu bildirib.

Komitə sədri Bəxtiyar Əliyev təklifi dəstəkləyib: "Dinləmənin müzakirə predmeti müəyyənləşdirilməli, aidiyyəti qurumlarla müzakirə edilməlidir. Parlamentin sədri Sahibə Qafarova da parlamentin payız sessiyasında belə bir dinləmə keçirilməsini təklif etmişdi. Bu dinləmə keçirilə bilər”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR