Bank Of Baku

Parlamentin komitə sədri: Peyvəndlənməyə diqqət artırılmalıdır, qızılcaya yoluxanların hamısı vaksin olunmayanlardır

Parlamentin komitə sədri: Peyvəndlənməyə diqqət artırılmalıdır, qızılcaya yoluxanların hamısı vaksin olunmayanlardır
# 18 yanvar 2024 11:44 (UTC +04:00)

Peyvəndlənmə ilə bağlı müzakirələrə diqqət artırılmalıdır.

APA xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında komitə sədri Əhliman Əmiraslanov deyib.

Komitə sədri bildirib ki, ölkəmizdə vaksinasiyaya münasibətdə ciddi dəyişiklik olmalıdır:

“İnsanlar arasında mənfi fikirlər yayılır, hətta həkimlər arasında belə fikirdə olan insanlar var. Komitədə keçirilməsi nəzərdə tutulan dinləmədə əsas müzakirə mövzusu peyvəndlənmə olmalıdır. İnsanları inandırmalıyıq ki, övladlarının yoluxucu xəstəlikdən dünyasını dəyişməsini istəmirlərsə, bunun yolu peyvəndlənmədir. Uşaqlarımız vaksindən kənarda qalır. Bu günlərdə qızılcaya yoluxan insanların tam əksəriyyəti yox, 100 % hamısı peyvənd olunmayan insanlardır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR