Paşha Bank
Bank Of Baku

Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir

Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir
# 30 sentyabr 2026 16:22 (UTC +04:00)

Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, əmək pensiyasının sığorta hissəsi, qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə müəyyən edilmiş məbləği ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı da ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunan istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir.

Layihəyə əsasən, hər iki halda nəzərdə tutulan indeksləşdirilmə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən əmsallar tətbiq edilməklə həyata keçiriləcək.

Qeyd edilib ki, yeni islahat tədbirləri pensiyaların indeksasiya mexanizminin daha təkmil, ədalətli və optimal şəkildə qurulmasına istiqamətlənib. Bu məqsədlə hər il orta aylıq əməkhaqqına (1 avqust 2026-cı il tarixə 1176,7 manat) qədər olan pensiyaların indeksasiya faizi tam tətbiq edilməklə, pensiya orta aylıq əməkhaqqından yüksək olduqda isə yüksək olan hissəsinə 0,2-0,5 əmsalları tətbiq olunmaqla indeksləşdirmənin aparılması nəzərdə tutulur.

Hazırda pensiyaçıların 90 faizdən çoxunun pensiyalarının orta aylıq əməkhaqqına qədər məbləğlərdə olduğunu nəzərə alsaq, bu yeni mexanizm onlara şamil olunmayacaq və pensiyaları əvvəli qaydada, yəni indeksasiya faizi tam tətbiq edilməklə indeksləşdirilib artırılacaq. Digər pensiyaçıların (10 faizə yaxın pensiyaçının) pensiyalarının orta aylıq əməkhaqqına qədər olan hissəsinə də indeksasiya faizi tam tətbiq edilməklə indeksləşdirilib artırılacaq, pensiyalarının yalnız bundan yüksək olan hissəsinə yeni mexanizm (0,2-0,5 əmsalları) tətbiq olunacaq.

Qanun qəbul ediləcəyi halda bu müddəa 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR