Polis Ağalı kənd tam orta məktəbində narkomaniya və erkən nikaha qarşı tədbir keçirib

Polis Ağalı kənd tam orta məktəbində narkomaniya və erkən nikaha qarşı tədbir keçirib
# 29 fevral 2024 10:50 (UTC +04:00)

Zəngilan Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ağalı kənd tam orta məktəbində narkomaniya əleyhinə və erkən nikah halına qarşı maarifləndirmə tədbiri keçirilib.

DİN-in Mətbuat xidmətinin Bərdə regional qrupundan APA-ya verilən məlumata görə, tədbirdə çıxış edən Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Bəkir Cabbarov narkotik vasitələrin insan orqanizminə, şüur sisteminə mənfi təsir göstərməsindən danışıb. O, narkotiklərə qurşananların müalicəsinin çox çətin proses olduğunu, insanın fiziki və mənəvi cəhətdən dəyərsizləşməsini, ailəsi, yaxın ətrafı üçün ciddi problemlər yaratmasından söhbət açıb. Erkən nikah mövzusuna da toxunan rəis, bu cür problemlərin baş verməməsi üçün təhsilin vacibliyindən bəhs edib. Gənclərə mütləq şəkildə sağlam həyat tərzi keçirməyi, mütəmadi şəkildə mütaliə ilə məşğul olmalarını tövsiyə edib. Daha sonra çıxış edənlər narkotik asılılığın və erkən nikahın fəsadlarından, cəmiyyət üçün doğurduğu təhlükələrdən danışıblar.

Sonda maraq doğuran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR