Bank Of Baku

Prezident: Şəhidlərin qanı yerdə qalmadı, tarixi ədalət bərpa edildi

Prezident: Şəhidlərin qanı yerdə qalmadı, tarixi ədalət bərpa edildi
# 08 noyabr 2026 15:57 (UTC +04:00)

Sizin göstərdiyiniz siyasi və mənəvi dəstək bizi daha da ruhlandırdı.

APA-nın Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata birgə bəyanatlarında deyib.

“44 gün ərzində Siz, əziz qardaşım, və qardaş türk xalqı bizim yanımızda idiniz. Müharibənin ilk saatlarında Sizin verdiyiniz bəyanat və mənimlə telefon söhbətiniz bütün dünyaya göstərdi ki, qardaş Türkiyə Azərbaycanın yanındadır. Sizin bəyanatınız bizə əlavə güc, ruh verdi. Tarixi sözləriniz – “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” – heç vaxt unudulmayacaq. Azərbaycan xalqı bunu yaxşı bilir və şəxsən Sizə, Türkiyə xalqına minnətdardır. Sizin göstərdiyiniz siyasi və mənəvi dəstək bizim ruhumuzu daha da artırmışdı.

44 gün ərzində Azərbaycan Ordusu 300-dən çox şəhər və kəndi döyüş meydanında azad edib. Bu döyüşlərdə 3 000-dən çox şəhidimiz olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların qanı yerdə qalmadı, onların intiqamı döyüş meydanında alındı və tarixi ədalət bərpa edildi.

İşğal dövründə müəyyən ümidlər var idi ki, bu məsələ sülh yolu ilə öz həllini tapa bilər. Ancaq Ermənistanın qeyri-konstruktiv mövqeyi buna imkan vermədi. Bu gün vəziyyət başqadır. Ermənistan və Azərbaycan arasında normallaşma prosesi gedir. Ümid edirəm ki, bu proses konkret nəticələrə gətirib çıxaracaq. Artıq bir ildən çoxdur ki, Azərbaycan və Ermənistan sülh sazişini paraflayıb, amma hələ ki, son imzalar atılmayıb. Bunun müəyyən səbəbləri var. Hesab edirəm ki, səbəbləri Türkiyə və Azərbaycan cəmiyyəti yaxşı bilir”, – deyə dövlət başçısı qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR