Bank Of Baku

Prokurorluq orqanlarında 10 qadın rəhbər vəzifədə çalışır

Prokurorluq orqanlarında 10 qadın rəhbər vəzifədə çalışır
# 15 yanvar 2024 11:55 (UTC +04:00)

Prokurorluq orqanlarında 94 qadın əməkdaş çalışır.

APA xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev prokurorluq orqanlarına qulluğa yeni qəbul olunmuş gənclərin andiçmə mərasimində bildirib.

Bildirilib ki, onların 54-ü 2002-2019-cu il ərzində keçirilmiş 21 müsabiqə nəticəsində, 40-ı isə 2020-2023-cü ildə keçirilmiş 4 müsabiqənin nəticəsində işə qəbul edilib.

"Müsabiqə yolu ilə işə qəbul edilmiş şəxslərin 9,3%-ni faizini qadınlar təşkil edir. Hazırda rəhbər vəzifədə işləyən 10 qadın işçidən 1-i idarə rəisi, 3-ü idarə rəisinin müavini, 1-i şöbə rəisi, 4-ü rayon prokuroru, 1-i isə rayon prokurorunun müavini vəzifəsində işləyir".

Baş prokuror Kamran Əliyev onu da deyib ki, prokurorluq orqanlarında çalışan şəxslərin orta yaş həddi 40-dır.

Bildirilib ki, prokurorluq orqanlarında 21-25 yaş həddində 70 nəfər, 26-30 yaş həddində 241 nəfər, 31-35 yaş həddində 270 nəfər, 36-40 yaş həddində 262 nəfər, 41-45 yaş həddində 125 nəfər, 46-50 yaş həddində 34 nəfər, 51-55 yaş həddində 7 nəfər işləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR