Bank Of Baku

Qarabağ Universitetində tələbə qəbulu üçün bəzi ixtisaslar üzrə plan yerləri yüz faiz dolub

Qarabağ Universitetində tələbə qəbulu üçün bəzi ixtisaslar üzrə plan yerləri yüz faiz dolub
# 23 avqust 2024 12:13 (UTC +04:00)

Qarabağ Universitetinin Hüquqşünaslıq ixtisası üzrə keçid balı 609 olub.

APA xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzinin dərc etdiyi “Abituriyent” jurnalının 6-cı nömrəsində qeyd edilib.

Göstərilib ki, Qarabağ Universitetində dövlət sifarişli yerlər olmaqla Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, İbtidai sinif müəllimliyi, Xarici dil müəllimliyi (ingilis dili), Beynəlxalq münasibətlər, Hüquqşünaslıq ixtisasları üzrə 60, Tarix üzrə 30 yer ayrılıb.

Ayrılan bütün plan yerləri yüz faiz dolub.

Keçid ballarına gəldikdə isə Azərbaycan dili və ədəbiyyatı müəllimliyi 509, İbtidai sinif müəllimliyi 439, Xarici dil müəllimliyi (ingilis dili) 538, Beynəlxalq münasibətlər 408, Hüquqşünaslıq 609, Tarix üzrə 520 bal olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR