Bank Of Baku

Qarabağ Universitetinə yeni prorektorlar təyin olunub

Nərgiz İsmayılova, Fariz Əhmədov

© APA | Nərgiz İsmayılova, Fariz Əhmədov

# 29 iyul 2024 16:23 (UTC +04:00)


Nərgiz İsmayılova Qarabağ Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə, Fariz Əhmədov elm və innovasiya məsələləri üzrə prorektor vəzifələrinə təyin olunublar.

Elm və Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, bu barədə nazir Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Nərgiz İsmayılova bu təyinatadək Təhsilin İnkişafı Fondunun (TİF) Layihələrin idarə olunması şöbəsinin müdiri və TİF-in İdarə Heyətinin sədr müavini vəzifələrində, Fariz Əhmədov isə UNEC-in elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsində işləyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR