Bank Of Baku

Qarlı hava şəraiti ilə bağlı valideynlərə müraciət edilib

Qarlı hava şəraiti ilə bağlı valideynlərə müraciət edilib
# 14 yanvar 2024 10:48 (UTC +04:00)

Qarlı hava şəraiti ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) valideynlərə müraciət edib.

BDYPİ-dən APA-ya verilən xəbərə görə, müraciətdə deyilir:

“Əziz valideynlər:

- övladlarınızı yollarda nəzarətsiz qoymayın;

- uşaqların avtomobil yollarında və ya yol kənarlarında qarla oynamalarına, eləcə də yollarda sürüşmələrinə icazə verməyin;

- uşaqların əyləncələrini təhlükəsiz hesab olunan parklarda və yaşayış binalarının qarşısında salınan istirahət zonalarında təşkil edin.

Nəzərə almaq lazımdır ki, belə havalarda tormuzlama zamanı avtomobillərin yolda sürüşmə ehtimalı yüksəkdir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR