Türkiyədə baş verən güclü zəlzələ nəticəsində zərərçəkənlərə Qax rayonundan da humanitar yardım göndərilib.
APA-nın məlumatına görə, rayon İcra Hakimiyyəti tərəfindən göndərilən humanitar yardımlar Gəncə şəhərində təyin olunmuş məntəqəyə təhvil verilib. Humanitar yardımlara qida məhsulları, uşaq geyimləri, yataq dəstləri, zəruri geyim əşyaları, generatortlar, qızdırıcılar, sular və ərzaqları məhsulları daxildir.