Qəbələdə yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Zarağan qəsəbəsi istiqamətində qeydə alınıb.
Paşayev Laçın Rafiq oğluna məxsus 36-BF-930 seriyalı, “VAZ 2107” markalı avtomobil yolun qarlı, buzlu olması səbəbindən aşıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.
Avtomobilə ciddi ziyan dəyib.
İlham Əhmədov