Qəsdən öldürülən kişi və qadınların sayı açıqlanıb

Qəsdən öldürülən kişi və qadınların sayı açıqlanıb
# 20 may 2024 15:01 (UTC +04:00)

2023‐cü il ərzində baş vermiş və ya rayon (şəhər) prokurorluqlarında qeydə alınmış 166 qəsdən adam öldürmə cinayəti üzrə zərərçəkənlərdən 105‐i kişi, 70‐i qadın olub.

APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.

Təqsirləndirilənlərdən 171‐i kişi, 4‐ü qadın olub. 2022‐ci il ərzində baş vermiş və ya rayon (şəhər) prokurorluqlarında qeydə alınmış 166 qəsdən adam öldürmə cinayəti üzrə zərərçəkənlərdən 98‐i kişi, 83‐ü qadın olmuş, təqsirləndirilənlərdən 160‐ı kişi, 8‐i qadın olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR