Qeyri-sabit hava şəraiti dekabrın 25-i gündüzədək davam edəcək

Qeyri-sabit hava şəraiti dekabrın 25-i gündüzədək davam edəcək
# 24 dekabr 2023 13:38 (UTC +04:00)

Əvvəlcədən xəbər verildiyi kimi şimal-qərbdən hərəkət edən soyuq hava kütlələrinin təsiri nəticəsində dekabrın 23-ü günün ikinci yarısından hava şəraiti dəyişib.

APA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

O bildirib ki, bəzi yerlərdə güclü qərb küləyi əsib. Küləyin maksimal sürəti Tərtər, Naftalanda 32, Bərdə, Gəncə, Daşkəsəndə 30, Ağdam, Yardımlı, Tovuzda 28, Mingəçevirdə 26, əksər rayonlarda isə 25 m/san-dək güclənib.

Bakıda və Abşeron yarımadasında küləyin maksimal sürəti 24 m/san-ə çatıb.

Güclü külək nəticəsində bəzi rayonlarda, o cümlədən Gəncə, Tərtər, Bərdə, Qubada fəsadlar yaranıb. Ayrı-ayrı yerlərdə isə yağış yağıb. Dağlıq rayonlara yağan qar nəticəsində qar örtüyünün hündürlüyü Gədəbəydə 8, Göygöl, Daşkəsən, Ordubadda 3 sm olub.

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit, küləkli və yağıntılı hava şəraiti dekabrın 25-i gündüzədək davam edəcək.

Güclü külək zamanı yüngül konstruksiyalı müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Əhalinin ehtiyatlı olması məsləhət görülür.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR