Qeyri‑rəsmi erkən nikaha görə valideynlər və din xadimləri üçün məsuliyyət müəyyənləşdirilməsi təklif olunub

Qeyri‑rəsmi erkən nikaha görə valideynlər və din xadimləri üçün məsuliyyət müəyyənləşdirilməsi təklif olunub
# 20 may 2024 15:00 (UTC +04:00)

Cinayət Məcəlləsinin 152‑ci maddəsində tövsif edilən əməlin (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) on səkkiz yaşına çatmayan şəxslərə qarşı törədilməsi ilə bağlı maddəyə dəyişiklik edilməsi təklif olunur.

APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.

Eyni zamanda nikah yaşının 18 yaş olduğu nəzərə alınaraq yetkinlik yaşına çatmayalarla qeyri‑rəsmi erkən nikaha daxil olan şəxslər və buna şərait yardan valideynlər barəsində İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində məsuliyyət tədbirlərinin əks olunması təklif olunur.

Həmçinin yetkinlik yaşına çatmayanların dini nikaha daxil olmasına şərait yaradan din xadimləri üçün məsuliyyətin müəyyən edilməsi vacib sayılıb.

Təkliflər sırasında uşaq hüquqlarının qorunması sahəsində dini nikahların qeydiyyata alınması qaydalarının müəyyən edilməsi, Uşaq evliliklərinin qarşısının alınması məqsədilə tədbirlər planının qəbul edilməsi, qeyri‑rəsmi şəkildə fəaliyyət göstə rən din xadimləri tərəfindən dini nikah mərasimlərinin keçirilməsi hallarının qarşısını almaq üçün müvafiq tədbirlərin görülməsi də əksini tapıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR