Bank Of Baku

Quba Soyqırımı Memorial Kompleksi ziyarət edilir - FOTO

Quba Soyqırımı Memorial Kompleksi ziyarət edilir - FOTO
# 31 mart 2024 12:56 (UTC +04:00)

Bu gün səhər saatlarından başlayaraq Quba Soyqırımı Memorial Kompleksi ziyarət edilir.

APA-nın Şimal bürosu xəbər verir ki, 31 mart azərbaycanlıların soyqırımının 106-cı ildönümü ilə əlaqədar yüzlərlə soydaşımız kütləvi məzarlığa axın edir.

Ziyarətçilər sırasında hökumət nümayəndələri, idarə, müəssisələrin kollektivləri, respublikamızın müxtəlif bölgələrindən olan məktəblilər, ictimaiyyət nümayəndələri var. Ziyarətçilər 1918-ci ildə ermənilər tərəfindən vəhşicəsinə öldürülən yerli sakinlərin xatirəsinə ucaldılan abidəni ziyarət edir, tarixi faktlarla tanış olurlar. Quba Soyqırımı Memorial Kompleksində bələdçilər tərəfindən ziyarətçilərə ətraflı məlumatlar verilir.

Kompleks fəaliyyətə başladığı 2013-cü ildən bu günə qədər ümumilikdə, 1 milyondan çox ziyarətçi qəbul edib. Onların 200 min nəfərdən çoxunu əcnəbi qonaqlar təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR