Bank Of Baku

Qubada qar və yağışla əlaqədar 7 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib - FOTO

Qubada qar və yağışla əlaqədar 7 kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib - FOTO
# 18 aprel 2025 14:45 (UTC +04:00)

Qubanın Qrız, Haput, Əlik, Cek, Bostankeş, Qalaxudat və Xınalıq kəndlərinə gedən yollarda hərəkət məhdudlaşıb.

APA-nın Şimal bürosu xəbər verir ki, Quba-İspik-Xınalıq avtomobil yolunun 37-ci km-dən 50-ci km-ə qədər 1 metrə qədər qar yağıb. Eyni zamanda müxtəlif yerlərdə intensiv yağışlar nəticəsində yola daş, qaya parçaları tökülüb. Hazırda yolun açılması istiqamətində işlər görülür.

Adıçəkilən kəndlərə aparan alternativ yol olan Quba-Alpan-Xınalıq yolu da qar səbəbindən bağlıdır.

İntensiv yağışlar elektrik təsərrüfatına da ziyan vurub. Elektrik dirəkləri aşıb, naqillər qırılıb.

Qeyd edilən kəndlərə enerji verilişi dayanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR