Bank Of Baku

Qubada şəhid ailələri və qazilər üçün tibbi aksiya keçirilib - FOTO

Qubada şəhid ailələri və qazilər üçün tibbi aksiya keçirilib - FOTO
# 15 oktyabr 2022 13:34 (UTC +04:00)

Bu gün Qubada şəhid ailələri və qazilər üçün tibbi aksiya keçirilib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, aksiya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, Quba Rayon İcra Hakimiyyətinin, Quba Rayon Mərkəzi Xəstəxanasının və C.Abdullayev adına Elmi - Tədqiqat Kardiologiya İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub.

Quba Rayon Mərkəzi Xəstəxanasında ixtisaslı həkimlər tərəfindən Quba, Qusar və Xaçmaz rayonlarından olan şəhid ailələrinin üzvləri, eləcə də qazilər kardioloji, endokrinoloji, şüa-diaqnostika və nevroloji, elektrokardioqrama və exokardioqrama müayinəsindən keçiriliblər.

Müayinələrin nəticələrinə əsasən, xəstələrə müvafiq müalicələr təyin edilib, digər patologiyalar aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndiriliblər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR