Qumar oyunlarının və belə oyunların təşkilatçısının (operatorunun) və satıcısının reklamına görə fiziki şəxslər 5 min manat, vəzifəli şəxslər 10 min manat, hüquqi şəxslər 50 min manat məbləğində cərimə ediləcək.
APA-nın məlumatına görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında birinci oxunuşda müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, idman, mərc oyunlarının təşkili və keçirilməsi sahəsində idman, mərc oyunlarının operatoru tərəfindən “Bədən tərbiyəsi və idman haqqında” qanunla müəyyənləşdirilmiş vəzifələrin yerinə yetirilməməsinə görə fiziki şəxslər 800 manatdan 900 manatadək, vəzifəli şəxslər 1000 manatdan 2000 manatadək, hüquqi şəxslər 9000 manatadək məbləğdə cərimə ediləcək.
Layihə birinci oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.
Qumar oyunlarının təşkilatçısının və satıcısının reklamına görə cərimə müəyyənləşir
20 dekabr 2021 16:54 (UTC +04:00)
Sosial
TƏBİB Gəncə Şəhər Birləşmiş Xəstəxanasında külli miqdarda korrupsiya faktının aşkarlanmasına münasibət bildirib
17:14
4 may 2024
DYP "Bakı Marafonu-2024" ilə əlaqədar sürücülərə müraciət edib
15:07
4 may 2024
ABŞ-ın Stirlinq Fondu Azərbaycanda mina təhlükəsi ilə bağlı maliyyə yardımı ayıracaq
13:47
4 may 2024
FHN silsilə maarifləndirmə tədbirləri keçirib
13:42
4 may 2024