Bank Of Baku

Qurban Yetirmişli: Lənkərandakı zəlzələ başqa ocaqları oyada bilməz

Qurban Yetirmişli: Lənkərandakı zəlzələ başqa ocaqları oyada bilməz
# 13 may 2024 11:42 (UTC +04:00)

Lənkərandakı zəlzələdən sonra bir sıra xırda təkanlar qeydə alınıb. Bunu biz xəbərdarlıq etmişdik.

APA xəbər verir ki, bu fikirləri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli media nümayəndələrinə açıqlaması zamanı deyib.

"Zəlzələ hətta Qarabağda da hiss olunub. Amma ciddi dağıntı qeydə alınmayıb", - o əlavə edib.

Qurban Yetirmişli hazırda qorxunun olmadığını deyib:

"Əhali narahat olmasın. Bu zəlzələ dağıdıcı yükə sahib deyildi".

Mütəxəssis deyib ki, Azərbaycan seysmik zonada yerləşir, buna görə elə gün olmur ki, müəyyən təkan olmasın:

"Amma sizə deyim ki, Lənkərandakı zəlzələ hər hansısa başqa ocaqları oyada bilməz".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR