Bank Of Baku

Qurban Yetirmişli: Qısamüdətli zəlzələnin proqnozunu vermək qeyri-mümkündür

Qurban Yetirmişli: Qısamüdətli zəlzələnin proqnozunu vermək qeyri-mümkündür
# 06 fevral 2023 13:31 (UTC +04:00)

"Qısamüdətli zəlzələnin proqnozunu vermək qeyri-mümkündür".

APA xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli mətbuat konfransında deyib.

O bildirib ki, Seysmoloji Xidmət Mərkəzinin praktikasında iki ortamüddətli zəlzələ proqnozu var:

"Birinci zəlzələ ilə bağlı proqnoz 2000-ci ilin noyabrın 25-də olub. Həmin xəbərdarlıqda Xəzərdə aktiv seysmoloji aktivlik müşahidə olunduğu qeyd edilmişdi. Zəlzələnin proqnozunu vermək nə qədər çətindirsə, onu əhaliyə çatdırmaq da bir o qədər çətindir. İkinci zəlzələnin proqnozunu isə 2012-ci ildə şəxsən mən vermişəm. Balakən zonasında aktivləşmə olmuşdu və mayda zəlzələ oldu".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR