Bu çətin anlarda türk xalqı ilə, türk qardaşlarımızla birlikdəyik.
Bunu APA-ya açıqlamasında Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin baş direktorunun müavini Rafiq Xudayev deyib.
"Göndərilən humanitar yardımdakı tibb personalı FHN və Səhiyyə Nazirliyinin əməkdaşlarından təşkil olunub. Humanitar yardıma ilk tibbi yardım üçün, həmçinin sonrakı mərhələ üçün lazım olacaq bütün tibbi ləvazimatlar daxildir", - direktor müavini vurğulayıb.