Bank Of Baku

Rəşad Mahmudov: Vətəndaşa deyirlər ki, yaşadığın evə bələdiyyənin, dövlət qurumunun 20 il əvvəl verdiyi sənəd saxtadır

Rəşad Mahmudov

© APA | Rəşad Mahmudov

# 17 fevral 2023 16:35 (UTC +04:00)

“Vətəndaşlar bələdiyyələrdən torpaq alıb, banklara ödəniş edib, yerli icra hakimiyyətindən icazə alıblar. Bu insanlar 20 il bu evdə yaşayıblar, övladları o evdən əsgər gedib”.

APA xəbər verir ki, bunu bu gün Milli Məclisin iclasında parlamentin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov bildirib.

Rəşad Mahmudov deyib ki, 2020-ci illərdə torpaqların sərhədləri müəyyənləşəndən, elektron xəritələr tərtib olunandan sonra bu torpaqların bələdiyyələrin səlahiyyətinə daxil olmayan ümumi istifadədəki torpaqlar olduğu üzə çıxıb: “İndi insanlar əllərində 20 il əvvəl bələdiyyənin sənədi, banka ödəniş, müvafiq dövlət qurumlarının icazələri ilə evlərinə çıxarış almağa gedir, cavab verilir ki, həmin sənədlər saxtadır. Bu məsələ ilə bağlı mənə 3 nəfər müraciət edib, ona görə məsələni parlamentdə qaldırmağa qərar verdim. Belə məsələlərin həlli də diqqət mərkəzində olmalıdır”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR