Bank Of Baku

Sabah təmir işləri ilə bağlı bəzi rayonlarda qaz təchizatında fasilələr yaranacaq

Sabah təmir işləri ilə bağlı bəzi rayonlarda qaz təchizatında fasilələr yaranacaq
# 26 avqust 2024 23:46 (UTC +04:00)

27.08.2024-cü il tarixdə saat 09:00-dan işlər başa çatanadək “Şamaxı” ölçü qovşağından qidalanan qaz xətləri üzərində və "Sığırlı” ölçü qovşağından qidalanan müxtəlif diametrli qaz xətlərində, həmçinin saat 10:00-dan etibarən Sabunçu rayonunun Maştağa qəsəbəsində görüləcək təmir işləri ilə əlaqədar qaz təchizatının dayandırılması planlaşdırılır.

APA xəbər verir ki, bu haqda "Azəriqaz" İB-nin yaydığı məlumatda bildirilir.

Bildirilir ki, təmir quraşdırma işləri aparılan müddətdə Şamaxı rayonunun (şəhər mərkəzi, 1 qəsəbə, 14 kənd), Kürdəmir rayonunun (rayon mərkəzinin bir hissəsi, 39 kənd, 2 qəsəbə), həmçinin paytaxtın Sabunçu rayonunun (Maştağa qəsəbəsinin M.Mirəliyev, B.Baloğlanov, R.Salmanov küçələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR