Bank Of Baku

Sabiq diplomat: Növbəti pandemiya qapımızı döyür

Sabiq diplomat: Növbəti pandemiya qapımızı döyür
# 15 mart 2024 15:52 (UTC +04:00)

Parçalanmış, bölünmüş dünyanı necə bərpa edə bilərik? Bu barədə düşünməliyik. Burada insanların təhsil, səhiyyə hüquqlarından danışdıq. İnsan hüquqları dövlətlərin qarşısında bununla bağlı öhdəliklər qoyur.

APA xəbər verir ki, bunu XI Qlobal Bakı Forumunun “Hər kəs üçün sağlamlıq” adlı panel sessiyasında çıxış edən, sabiq diplomat, Kemet Butros Ghali Sülh və Bilik Fondunun icraçı prezidenti Moushira Khattab deyib.

O, ÜST-nin baş direktoru Tedros Adhanom Qebreyesusun COVID-19-un hələ bitmədiyinə dair fikirlərini xatırladıb və deyib ki, növbəti pandemiya qapımızı döyür, biz buna hazırlıqlı olmalıyıq.

İnsanların təhsil hüququ barədə danışan Moushira Khattab deyib ki, bu gün təhsilə, internetə çıxışı olmayan uşaqlar var, onlar bu hüquqlarından məhrum olublar.

"Təhsil və səhiyyəyə çıxışı olmayan insanların bu hüquqları tanınmalıdır və hər bir ölkə bunu fəaliyyət planında əsas tutmalıdır. Eyni zamanda, dövlətlər bununla bağlı işlərinin nəticələrinə dair monitorinq aparmalıdırlar. İnsanlar arasında dinindən, irqindən, cinsindən asılı olmayaraq ayrı-seçkilik qoyulmamalıdır. Biz yalnız bu halda parçalanmış dünyanı bərpa edə bilərik", - deyə o qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR