Bank Of Baku

Şabranda çay daşıb, sakinlər təxliyə edilib - FOTO

Şabranda çay daşıb, sakinlər təxliyə edilib - FOTO
# 16 aprel 2025 14:27 (UTC +04:00)

Dəvəçiçay daşıb, həyətlərə, evlərə, kommersiya obyektlərinə su dolub.

APA-nın Şimal bürosu xəbər verir ki, intensiv yağış nəticəsində Dəvəçiçaya gələn güclü sel Şabran şəhərində fərdi yaşayış evlərinin həyətlərinə, evlərə, təsərrüfatlara, kommersiya obyektlərinə dolub.

Hadisə baş verən ərazidə 30-a yaxın ev var. Evlərdə yaşayan sakinlər təxliyə edilib.

Hadisə yerinə Şabran rayon Fövqəladə Hallar Komissiyasının nümayəndələri və digər əlaqədar qurumların nümayəndələri cəlb olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR