Şagirdlərə köməkçi vasitələrin dövlət hesabına verilməsi təklif edilib

Şagirdlərə köməkçi vasitələrin dövlət hesabına verilməsi təklif edilib
# 29 fevral 2024 10:56 (UTC +04:00)

“Sagirdlərə dərsliklərin digər çalışma və köməkçi vəsaitlərlə birlikdə məhz dövlət hesabına verilməsi məqsədəmüvafiqdir”.

APA-nın xəbərinə görə, bu, Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsində əksini tapıb.

Ombudsman qeyd edib ki, tədris prosesində istifadə edilən dərsliklər şagirdlərə dövlət hesabına verilir. Bununla belə, tədris proqramının tam qavranılması üçün zəruri köməkçi vəsaitlərin, habelə iş dəftərlərinin şəxsi vəsait hesabına alınması narazılıqlara səbəb olur:

“Tədris üçün zəruri olan köməkçi vəsaitlərin, o cümlədən iş dəftərlərinin valideynlərin şəxsi hesabına əldə edilir, bu vəziyyət valideynlərin (xüsusilə ailədə iki və daha çox uşaq olduqda), ələlxüsus aztəminatlı ailələrin narazılığına səbəb olur. Eyni zamanda uşaqların həmin köməkçi vasitələr olmadan tədris proqramını tam qavraması da mümkün deyil. “

Ombudsman bütün bunları nəzərə alaraq, ümumtəhsil məktəblərində tədris proqramlarında nəzərdə tutulmuş dərsliklərin digər çalışma və köməkçi vəsaitlərlə komplekt şəkildə şagirdlərə dövlət hesabına verilməsi və ya tədris metodikasında zəruri dəyişikliklər edilməklə həmin vəsaitlərin əvvəlki illərdə olduğu kimi dərs vəsaitlərinə inteqrasiya edilməsini təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR