Bank Of Baku

Sahil Babayev: Məşğulluğun artırılması üçün islahatlar aparılmalıdır

Sahil Babayev: Məşğulluğun artırılması üçün islahatlar aparılmalıdır
# 14 sentyabr 2022 17:45 (UTC +04:00)

"Məşğulluğun artırılması üçün bir neçə istiqamətdə islahatlar aparılmalıdır".

APA xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Azərbaycan və Dünya Bankı arasında tərəfdaşlığın 30-cu ildönümünə həsr olunan tədbirdə çıxış edərkən deyib.

O bildirib ki, birinci istiqamət ləyaqətli əməyin ödənilməsidir. Son illərdə əməkhaqqlarının artırılması istiqamətində çox böyük işlər görülüb, əməkhaqqı fondu 2,3 dəfə artıb: "İkinci məsələ qeyri-rəsmi məşğulluğun azaldılması istiqamətdə addımların atılmasıdır. Son 4 il ərzində əmək müqavilələri 30 faiz artıb. 400 min yeni əmək müqaviləsi imzalanıb. Eyni zamanda son 3 ildə 350 minə yaxın insan iş yerləri ilə təmin edilib. Bununla yanaşı həssas təbəqədən olan şəxslər üçün Dünya Bankının dəstəyi ilə 55 min mikro və kiçik biznes yaradılıb. Düzdür, onların hamısının uğurlu olacağını düşünmürəm. Lakin təhlillərimiz göstərir ki, böyük bir hissəsi fəaliyyətini uğurla davam etdirir. Üçüncü istiqamət isə səriştələrin, bacarıqların formalaşdırılmasıdır. Gələcək nəsillərdə ixtisaslı işçi qüvvəsinin yaradılmasıdır".

Nazir qeyd edib ki, müxtəlif sahibkarlar, assosiasiyalar ilə əməkdaşlıq çərçivəsində 1000-ə yaxın əsas peşəni müəyyənləşdirilib: "Hansı ki, onlar müasir və beynəlxalq kvalifikasiyaların ehtiyac duyduğu peşələrdir. Mövcud işsizlik səviyyəsi ilə bağlı Azərbaycanda hər il 200 minə yaxın şəxsə iş yeri tapılmalıdır. Onların üçdə biri ali təhsil müəssisələrinə gedirsə, üçdə ikisi isə əmək bazarına daxil olmaq niyyətindədir. Ona görə də peşə təhsilinin keyfiyyəti artırılmalı, karyeranın inkişafı alətləri təmin edilməlidir. Bu istiqamətdə Elm və Təhsil Nazirliyi ilə də birgə çalışırıq".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR