Salyanda baş verən qəzada velosipedçi ölüb.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonunun Yenikənd kəndində qeydə alınıb.
“Mercedes” markalı avtomobil hərəkətdə olarkən qarşısına çıxan Salyan rayonunun Şəkərli kənd sakini, 2011-ci il təvəllüdlü Quliyev Balabəy Mahir oğlunu vurub.
11 yaşlı velisopedçi hadisə yerində ölüb.
***
Saat 21:38
Salyanda yol-nəqliyyat hadisəsi baş verib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə rayonunun Yenikənd kəndində qeydə alınıb.
İlkin məlumata görə “Mercedes” markalı avtomobilin iştirakı ilə baş verən qəzada azyaşlı ölüb.
Faktla bağlı araşdırma aparılır.