Bank Of Baku

Samuxda subasmaya məruz qalan ərazilərin suyu çəkilib

Samuxda subasmaya məruz qalan ərazilərin suyu çəkilib
# 22 mart 2024 15:21 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə intensiv yağan yağışlar nəticəsində Samux rayonunun Köbər kəndində bir sıra ərazilərin subasmaya məruz qalması barədə məlumat daxil olub.

Nazirlikdən APA-ya verilən xəbərə görə, məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin qüvvələri dərhal əraziyə cəlb olunub.

Hazırda Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər təxirəsalınmaz tədbirlər, o cümlədən yağış sularının fərdi yaşayış evlərinə dolmaması üçün müvafiq tədbirlər həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR