Məhkəmə qərarlarının icra olunmamasının belə çox statistikası olmasına səbəb aliment məsələləridir.
APA xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) 2023-cü il üzrə məruzəsi”nin müzakirəsində Beynəlxalq İnsan Haqları Cəmiyyətinin Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı deyib.
Səadət Bənənyarlı bildirib ki, atalar aliment ödəmir: “Dövlət baxmalıdır sənin övladına?!”
Səadət Bənənyarlı insanların kommunal borclarla yükləndiyini deyib: “Haqsız borclar yazılır. Bu soyuqda vətəndaşın qazı, işığı, suyu kəsilir. Bu nə deməkdir?”