Bank Of Baku

Sədərək Gömrük Postunda TIR-ların keçidində yaranan sıxlığa aydınlıq gətirilib

Sədərək Gömrük Postunda TIR-ların keçidində yaranan sıxlığa aydınlıq gətirilib
# 02 yanvar 2024 19:32 (UTC +04:00)

Son iki gündə Sədərək Gömrük Postunda TIR-ların keçidində yaranan sıxlığa aydınlıq gətirilib.

Yaranan problemlə bağlı Naxçıvan Baş Gömrük İdarəsindən APA-nın Naxçıvan bürosuna bildirilib ki, Sədərək Gömrük Postunda TIR-ların buraxılması ilə bağlı heç bir problem yoxdu: "Sadəcə Türkiyə ilə İran arasında sərhəd qapısında təmir-tikinti işləri gedir. Ona görə TIR-ların hamısı Sədərək Gömrük Postundan keçir və burada sıxlıq yaranıb. Hazırda Türkiyə tərəfdə TIR-lar üçün yalnız bir keçid işləyir. Orada 250-dən çox TIR-ımız var. Sədərək Gömrük Postunda TIR-ların buraxılması və gömrükdə hər hansı məsələ ilə bağlı problem yoxdu. Sadəcə qarşı tərəfdə problem həll olunan kimi TIR-lar həmişəki qaydada keçid məntəqəsindən buraxılacaq".

Qeyd edək ki, hazırda yaranan problem nəticəsində gömrükdə sıxlıq yaranıb və iki ölkə arasında neytral zonada da TIR-lar gözləyir.

Xatırladaq ki, Sədərək Gömrük Postu bayram günlərində də gücləndirilmiş iş rejimində çalışır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR