Bank Of Baku

Sədərəkdə erkən qohum nikahının qarşısı alınıb

Sədərəkdə erkən qohum nikahının qarşısı alınıb
# 24 noyabr 2025 12:04 (UTC +04:00)

Sədərək Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən erkən nikahın qarşısı alınıb.

APA-nın əldə etdiyi məlumata görə, rayonun Dəmirçi kəndində 21 yaşlı oğlanla 15 yaşlı qız arasında keçirilməsi nəzərdə tutulan nişan mərasimi barədə daxil olan məlumat araşdırılıb və müvafiq tədbirlər görülüb.

Erkən nikaha yol verilməməsi üçün tərəflərlə profilaktik söhbətlər aparılıb, qanunvericiliyin tələbləri bir daha izah edilib.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, noyabrın 21-də Sədərək rayonunun Dəmirçi kənd sakini, yetkinlik yaşına çatmayan 2010-cu il təvəllüdlü Qədirova Ş. (şərti ad) Sədərək rayonunun Dəmirçi kənd sakini, bibisioğlu 2004-cü il təvəllüdlü “SəfərovA.” (şərti ad) ilə 23 noyabr tarixində nişanlanacağı barədə məlumat daxil olub. Komitənin, Naxçıvan MR Daxili İşlər Nazirliyinin, Sədərək Rayon İcra Hakimiyyəti başçısı yanında Uşaq hüquqlarının müdafiəsi üzrə Komissiyanın və kənd bələdiyyəsinin nümayəndələri tərəfindən planlaşdırılan nişan mərasiminin qarşısının alınması məqsədiləa azyaşlının yaşadığı ünvanda görüş keçirilib: "Görüş zamanı azyaşlı, onun valideynləri, bibisi və bibisi oğlu ilə profilaktik söhbətlər aparılıb, ailələrə xəbərdarlıq olunub və bu hərəkətlərin qanunvericiliyin tələblərinə zidd olduğu onların nəzərinə çatdırılıb. Söhbət zamanı azyaşlı və valideynlər erkən evlilik və qohum nikahları ilə bağlı qanunvericiliyə dəyişikliklər edilməsi barədə məlumatlı olmadıqlarını bildiriblər".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR