Şəhid ailəsi üzvləri üçün ümumtəhsil məktəblərinə vakansiya seçimi yekunlaşıb.
Bu barədə APA-ya Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən xəbər verilib.
Bildirilib ki, 30 iyul-2 avqust tarixlərində keçirilmiş şəhid ailəsi üzvləri üçün vakansiya seçiminin nəticələri namizədlərin şəxsi səhifəsinə göndərilib.
Qeyd edək ki, növbəti mərhələdə digər namizədlər şəxsi kabinetlərinə daxil olaraq vakansiya seçimi edəcəklər.