Bank Of Baku

Şəhid Mübariz Şahmurovun nəşinin qalıqları Keşlədə dəfn olunub - FOTO

Şəhid Mübariz Şahmurovun nəşinin qalıqları Keşlədə dəfn olunub - FOTO
# 28 oktyabr 2025 12:44 (UTC +04:00)

Birinci Qarabağ müharibəsində itkin düşən şəhid Şahmurov Mübariz Ağahüseyn oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.

APA xəbər verir ki, bu gün şəhidlə ailəsinin yaşadığı Bakının Nərimanov rayonu Atatürk prospektində evdə vida mərasimi keçirilib.

Vida mərasimindən sonra şəhidin nəşinin qalıqları Nizami rayonu, Keşlə qəsəbəsi Şəhidlər xiyabanında dəfn olunub.

Mübariz Şahmurovun həyat yoldaşı Dilşad Şahmurova jurnalistlərə açıqlamasında deyib ki, bu gün sevinci və kədəri bir-birinə qarışıb: “Həyat yoldaşımın nəşinin tapılmasında rolu olan, əziyyət çəkən hər kəsə dərin təşəkkürümü bildirirəm. İtkin şəhid ailələrinə səslənirəm ki, səbrli olun, şəhidinizə qovuşacaqsınız. Bu yolda böyük addımlar atılır, proses davam edir”.

Qeyd edək ki, Mübariz Şahmurov 1963-cü ildə Sabirabd rayonunun Navdan kəndində anadan olub. 26 fevral 1992-ci ildə Xocalı şəhərində itkin düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR