Seksual qısnamaya, ayrı‑seçkiliyi əks etdirən iş elanlarına görə sanksiyalar təklif olunur

Seksual qısnamaya, ayrı‑seçkiliyi əks etdirən iş elanlarına görə sanksiyalar təklif olunur
# 20 may 2024 15:06 (UTC +04:00)

Seksual qısnamaya, ayrı‑seçkiliyi əks etdirən iş elanlarına görə sanksiyaların müəyyən edilməsi üçün qanunvericiliyə dəyişikliklərin edilməsi, seksual qısnama halları ilə bağlı monitorinq mexanizmlərinin yaradılması təklif olunur.

APA-nın xəbərinə görə, bu, bu gün Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə Məlumatı”nda əksini tapıb.

Eyni zamanda iş yerlərində seksual qısnamanın aradan qaldırılması ilə bağlı maarifləndirmənin aparılması, xüsusi təlimatların hazırlanması da təklif edilib.

Məişət zorakılığı ilə bağlı müraciətlərin araşdırılması zamanı tərəflərin barışması əsasında inzibati və cinayət işlərinə xitam verilməsi ilə bağlı normalara yenidən baxılması, cinayət qanunvericiliyinə məişət zorakılığı ilə bağlı normaların daxil edilməsi, məişət zorakılığı hallarının araşdırılması üzrə mexanizmin təkmilləşdirilməsi də vacib sayılıb. Həmçinin uzunmüddətli mühafizə orderinin alınması üçün məhkəməyə müraciət edən məişət zorakılığından zərərçəkmiş şəxslərin dövlət rüsumundan azad edilməsinə dair dəyişiklik edilməsi də təklif olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR