Bank Of Baku

Sektor müdiri: “Vitaminlərin tərkibi də kimyəvidir, uşağa necə təsir edəcəyi bəlli deyil”

Sektor müdiri: “Vitaminlərin tərkibi də kimyəvidir, uşağa necə təsir edəcəyi bəlli deyil”
# 16 sentyabr 2022 15:23 (UTC +04:00)

“Uşaqlar gündə 4 dəfə qidalanmalıdırlar. İki səhər, nahar və şam yeməyi olmalıdır”.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Qadın, ana, uşaq və yeniyetmələrin sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova bildirib. Onun sözlərinə görə, uşaqlar ilk səhər yeməyini 7:30-da yeməlidir:

“Menyuda xüsusən isti yeməklər, sıyıq, yumurta və meyvə olmalıdır”.

Sektor müdiri eyni zamanda qeyd edib ki, mütəxəssis rəyi olmadan, uşaqlara vitamin vermək olmaz:

“Bəzən valideynlər bir-birinə uşağa vitamin verməyi tövsiyə edirlər. Bu, uşaqlara xeyirdən çox ziyan vura bilər. Öncə hansı vitaminlərin çatışmadığı müəyyənləşdirilməlidir. Digər tərəfdən vitaminlərin tərkibi də kimyəvidir, uşağa necə təsir edəcəyi bəlli deyil. Əsas meyvə-tərəvəzdən istifadəyə üstünlük verilməlidir”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR