Bank Of Baku

Sel suları Lənkəranda problemlər yaradıb - FOTO

Sel suları Lənkəranda problemlər yaradıb - FOTO
# 30 noyabr 2022 12:59 (UTC +04:00)

Lənkəranda güclü yağışlar nəticəsində gələn sel bir sıra problemlər yaradıb.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, Lənkəranda 3 gündür yağan yağış sakinlərin gediş-gəlişi üçün bir sıra çətinliklərə səbəb olub. Əsasən şəhərin 2-ci mikrorayonu ərazisində yaşayış binalarının qarşısına sel suları dolub.

Eləcə də bir neçə məktəbin qarşısına yağış suları yığıldığından şagirdlərin məktəbə girişində problemlər yaranıb.

Lənkəran şəhər İcra Hakimiyyətinin şəhər təsərrüfatı üzrə müavini Vüqar Məmmədov APA-ya bildirib ki, şəhər ərazisində sel sularından yaranmış problemləri aradan qaldırmaq üçün Fövqəladə hallar komissiyası tərəfindən qruplar yaradılıb. Qruplara 300-ə yaxın işçi qüvvəsi cəlb olunub. Hazırda xəndəklər, kollektorlar təmizlənir. Günün sonuna kimi işlərin yekunlaşması nəzərdə tutulub.

Qeyd edək ki, rayonda leysan xarakterli yağış hələ də davam edir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR