Bank Of Baku

Şəmkir təhsil sektoruna müdir təyin edilib

Elşən Ələsgərov

© APA | Elşən Ələsgərov

# 21 fevral 2023 15:32 (UTC +04:00)

Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə Şəmkir rayon təhsil sektoruna yeni müdir təyin edilib.

APA-nın yerli bürosunun məlumatına görə, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb. Əmrə əsasən, Elşən Zeynal oğlu Ələsgərov Şəmkir rayonu üzrə təhsil sektoruna müdir vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, Elşən Ələsgərov əvvəllər Şəmkir şəhər Morul tam orta məktəbinin direktoru vəzifəsində çalışıb.

Qazax-Tovuz Regional Təhsil İdarəsi üzrə Şəmkir rayon təhsil sektorunun əvvəlki müdiri Qüdrət Əliyev ötən ilin noyabrında bağlanmış əmək müqaviləsinin müddəti bitdiyi üçün vəzifəsindən azad edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR