Sənayenin alternativ enerjidən istifadəyə keçidi ilə bağlı tədbir keçirilib

Sənayenin alternativ enerjidən istifadəyə keçidi ilə bağlı tədbir keçirilib
# 20 may 2024 15:34 (UTC +04:00)

İqtisadi Zonaların İnkişafı Agentliyinin Peşə Təhsil Mərkəzi ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ölkəmizdə keçirilməsi nəzərdə tutulan COP29 ili çərçivəsində “Sənayenin alternativ enerjidən istifadəyə keçidi: kadr hazırlığı üçün əsas çağırışlar” mövzusunda tədbir keçirilib.

APA xəbər verir ki, qonaqları salamlayan Peşə Təhsil Mərkəzinin direktoru Kənan Bağırov tədbir iştirakçılarına Mərkəzin fəaliyyəti ilə bağlı geniş məlumat vermiş, özəl-dövlət tərəfdaşlığının inkişaf etdirilməsinin, işəgötürənlərin təhsil prosesində aktivliyinin artırılmasının, yeni ixtisaslar üzrə əmək bazarının tələbatına uyğun kadr hazırlığının aparılmasının və alternativ və bərpa olunan enerji istiqamətləri üzrə avadanlıqlara xidmət sahəsində mütəxəssislərin hazırlanmasının prioritet məsələ olduğunu vurğulayıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olması, ətraf mühitin sağlamlaşdırılması, dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi, “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi istiqamətində həyata keçirilən tədbirlər, eləcə də peşə təhsilinin mahiyyəti və növbəti ildə bərpa olunan və alternativ enerji istiqamətləri üzrə yeni ixtisasların yaradılması haqqında məlumat verib.

Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun şöbə rəisi Valeh Nəsibov “Sənayedə bərpa olunan enerji mənbələrindən istifadə imkanları və enerji səmərəliliyiı” mövzusunda və Helind Enerji” MMC-nin təsisçi Orxan Guluzade “Azərbaycanda bərpa olunan enerji sistemlərinin tətbiqi” mövzusunda “təqdimatla çıxış edib.

Sonda tədbir iştirakçıları arasında fikir mübadiləsi aparılıb və ünvanlanan suallar cavablandırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR