2024-cü ilin yanvar-iyul aylarında fərdi uçot sistemində qeydə alınan sığortaedənlərin sayı 62 501 vahid və ya 3,11% artaraq 2 071 913 vahid təşkil edib.
Bu barədə APA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, qeydə alınan sığortaedənlərin sayı hüquqi şəxslər üzrə 10 042, fiziki şəxslər üzrə 44 889, torpaq mülkiyyətçiləri üzrə isə 7 570 vahid artıb.