Bank Of Baku

Şimal-qərb bölgəsinə elektrik verilişində fasilə yaranıb

Şimal-qərb bölgəsinə elektrik verilişində fasilə yaranıb
# 09 fevral 2024 15:23 (UTC +04:00)

Şimal-qərb bölgəsinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

APA-nın Şimal-qərb bürosunun verdiyi məlumata görə, bu gün saat 13:40-dan Balakən, Zaqatala, Qax rayonlarına və Şəki rayonunun bir hissəsinə elektrik enerjisinin verilməsi dayanıb.

Zaqatala Paylayıcı Elektrik Şəbəkəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, bölgəyə elektrik enerjisinin verilməsində yaranan fasiləyə yüksək gərginlikli xəttin Şəki rayonu ərazidindən keçən hissəsində təmit işləri səbəb olub. Təmir işləri başa çatdıqdan sonra bölgəyə elektrik enerjisinin verilməsi bərpa ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR