Bank Of Baku

SN: Qızılca peyvəndindən sonra 10-13 il ərzində davamlı immunitet yaranır

SN: Qızılca peyvəndindən sonra 10-13 il ərzində davamlı immunitet yaranır
# 28 fevral 2024 15:42 (UTC +04:00)

Qızılcaya yoluxma bütün yaş qruplarında görülsə də, əsasən 1-8 yaş qrupunda olan uşaqlar daha həssas hesab olunurlar.

APA xəbər verir ki, bunu Səhiyyə Nazirliyi K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutun infeksionisti Səbinə Cəfərova deyib.

Həkim xatırladıb ki, qızılcaya qarşı peyvənd olmayan və xəstəliyi keçirməyənlər qızılcaya yoluxa bilərlər.

İnfeksionistin sözlərinə görə, qızılcaya 1 yaşa qədər körpələr də yoluxa bilər:

“Belə ki, əgər ana qızılcaya yoluxubsa, bu zaman uşaqlarda immunitet formalaşır və bu immunitet 9 aya qədər qala bilər. Amma bəzən 3 aydan 1 yaşa qədər olan uşaqlar da qızılcaya yoluxa bilərlər. Hansı ki həmin körpələrin anaları nə peyvənd olunub, nə də qızılcaya yoluxub”.

Onun sözlərinə görə, qızılca peyvəndindən sonra orqanizmdə, təxminən, 10-13 il davamlı immunitet yaranır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR