2020-2023-cü illər ərzində Bakı şəhərində ümumilikdə 200 küçəyə şəhid adı verilib.
APA xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında Hesabatında öz əksini tapıb.
Məlumata əsasən, bu, Bakı Şəhər İcra Hakimiyyəti Başçısı Eldar Əzizovun müvafiq sərəncamları ilə həyata keçirilib.