Bank Of Baku

Son üç ildə Çernobıl əlillərinə 400-dən çox mənzil təqdim edilib

Son üç ildə Çernobıl əlillərinə 400-dən çox mənzil təqdim edilib
# 25 yanvar 2024 11:20 (UTC +04:00)

Prezident İlham Əliyevin əlilliyi olan şəxslərə xüsusi qayğısı Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərlə bağlı sosial müdafiə tədbirlərinin də ildən-ilə güclənməsinə imkan verib.

APA xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov 2023-cü ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

"Dövlət başçısının 25 yanvar 2021-ci il tarixli Sərəncamına əsasən, müharibə əlilləri və şəhid ailələri ilə bərabər, uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin də 2021-2025-ci illərdə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulub ki, bu da onlara xüsusi qayğının daha bir təzahürüdür. Həmin şəxslərə 2021-ci ildə 271, son üç ildə isə 400-dən çox mənzil təqdim edilib”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR