Avqust ayı üzrə Daxili İşlər Nazirliyinə sosial şəbəkələr üzərindən 2350 müraciət ünvanlanıb.
Bunu APA-ya açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynli deyib.
O bildirib ki, 830 müraciətə baxılıb, onlardan 227-si quruma təşəkkür xarakterlidir.
"Bu ilin yanvar-avqust aylarında isə sosial şəbəkələr üzərindən 18 319 müraciət daxil olub. Bunlardan 3853-ü qeydiyyata alınıb və 1071-i təşəkkür xarakterlidir. Qeydiyyata alınmayan müraciətlər isə daxil olduqdan sonra dərhal cavablandırılıb, müvafiq şəkildə istiqamətləndirilib və ya da polisin səlahiyyətinə aid olmayan müraciətlərdir" - deyə o qeyd edib.