Bank Of Baku

Sumqayıtda evdə yanğın söndürülüb - VİDEO - YENİLƏNİB

Sumqayıtda evdə yanğın söndürülüb - VİDEO  - YENİLƏNİB
# 19 yanvar 2025 15:00 (UTC +04:00)

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Sülh küçəsində fərdi yaşayış evində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb edilib.

FHN-dən APA-ya verilən xəbərə görə, yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birmərtəbəli fərdi yaşayış evində baş vermiş yanğın daha da genişlənməsinə, o cümlədən qonşu evlərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

***

saat 14.09

Sumqayıtda fərdi ev yanır.

APA-nın xəbərinə görə, Sumqayıt şəhərində Sülh küçəsində ev yanır.

Yanğının söndürülməsinə yanğından mühafizə bölmələri cəlb edilib.

© APA | Sumqayıtda evdə yanğın

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR