Bank Of Baku

Sumqayıtda yataqxanada partlayış zamanı xəsarət alanların müalicəsi davam etdirilir

Sumqayıtda yataqxanada partlayış zamanı xəsarət alanların müalicəsi davam etdirilir
# 16 yanvar 2024 10:41 (UTC +04:00)

Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən yataqxana binasında baş verən partlayış nəticəsində xəsarət alan 4 nəfərin (2-si böyük, 2-si uşaq olmaqla) müalicələri Sumqayıt Tibb Mərkəzinin nəzdində olan tibb müəssisələrində davam etdirilir.

Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Məlumata görə, 1986-cı il təvəllüdlü (kişi cinsli) və 1990-cı il təvəllüdlü (qadın cinsli) şəxslərə Təcili Tibbi Yardım Xəstəxanasında, 2013-cü il təvəllüdlü (kişi cinsli), 2008-ci il təvəllüdlü (qadın cinsli) şəxslərə isə Uşaq Xəstəxanasında zəruri tibbi xidmətlər göstərilir.

1986-cı il təvəllüdlü şəxsin vəziyyəti stabil, digərlərinin vəziyyətləri isə orta ağır olaraq qiymətləndirilir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR